Əlaqə Arxiv
news Image
2018.08.28
11:48
| A A A
Həkimləri şoka salan UNİKAL HAMİLƏLİK

Məlumdur ki, döl yalnız uşaqlıq daxilində inkişaf edə bilər. Dölün normal inkişafı və böyüməsi üçün yalnız burada uyğun şərait var.
Bəzən embrion "azır" və uşaqlıq borusunda, yumurtalıqda, qarın boşluğunda implantasiya edir ("yapışır"). Bu uşaqlıqdan kənar hamiləlikdir. Belə hamiləliyin inkişafı tibdə mümkünsüz sayılmır və qadının sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yaradır. Lakin bəzən möcüzələr də baş verir və uşaqlıqdan kənar hamiləlik sağlam uşağın doğulması ilə nəticələnir. Martın son günlərində Rusiyada da belə möcüzəli hadisə baş verib.
Nasinovosti.tv xəbər verir ki, Rusiyanın Barnaul şəhərində unikal hamiləlik qeydə alınıb. Hamiləliyinin 41-ci həftəsində həkimə cavan qadın müraciət edib. Müayinədən sonra məlum olub ki, bu vaxta kimi şəxsi səbəblərə  görə həkimlərə müraciət etməyən qadının dölü uşaqlıqda deyil, qarın boşluğunda inkişaf edirdi. Qadın dərhal əməliyyata götürülüb. Olduqca mürəkkəb əməliyyatdan sonra tam sağlam uşaq dünyaya gəlib. Ana və uşaq özünü normal hiss edir.
Əməliyyatda iştirak edən həkimlər etiraf edir ki, bu onların təcrübəsində ilk hadisədir ki, uşaqlıqdan kənar hamiləlik tam normal inkişaf edib və sağlam uşağın doğulması ilə nəticələnib. Həkimlər bunu əsl möcüzə kimi qiymətləndirirlər.
Mütəxəssislərin sözlərinə görə, bütün dünyada yalnız 10 belə hadisə qeydə alınıb.


Saglamolun.AZ

Sizin Reklam Yeriniz