Əlaqə Arxiv
news Image
2017.05.29
10:30
| A A A
Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır.
Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir, qan təziyiqini və qanda sitokinlərin səviyyəsini artırır. Bütün bu faktorlar isə ürək-damar sistemi xəstəliklərinin risk faktorları sayılır.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, yuxu orqanizmin bərpası üçün həyati vacibdir. Lakin müasir cəmiyyətdə bir çox insanlar yuxusuzluqdan əziyyət çəkir. Belə ki, məsələn, Almaniya əhalisinin 1/3 hissəsi müxtəlif yuxu pozulmalarından  şikayətlənir.
Araşdırmada 160 mindən çox insan iştirak edib.
Maraqlıdır ki, qadınların sağlamlığına kişilərlə müqayisədə yuxusuzluq daha pis təsir edir.
Alimlər qeyd edir ki, yuxusuzluqdan əziyyət çəkən insanlar heç bir halda bu vəziyyətlə barışmamalı və vaxtında mütəxəssislərə müraciət etməlidir.


Saglamolun.Az

Sizin Reklam Yeriniz