Əlaqə Arxiv
news Image
2017.10.27
13:58
| A A A
ƏT XALLAR – səbəblər və müalicəsi – FOTO

Ət xalları (papillomalar) əsasən 35-40 yaşından sonra əmələ gəlir. Cavan insanlarda və uşaqlarda ət xallarına çox nadir hallarda təsadüf edilir.

 Movqe.az big.az-a istinadən xəbər verir ki, ət xalları dərinin müxtəlif yerlərində, xüsusilə boyunda, qöz qapaqlarının üzərində, qasıq və qoltuğaltı nahiyəsində, qadınlarda süd vəzilərinin altında inkişaf edir. Ət xalları adətən müxtəlif səbəblərə görə immun sisteminin zəiflənməsi fonunda (stress, hər hansı xəstəlik, qadınlarda hamiləlik və klimaks dövrü, yaşla bağlı) əmələ gəlirlər.
Bu kiçik şişlərin yeganə əmələ gəlmə səbəbi insan papilloması virusudur (İPV). Bu virus insanların arasında herpes virusundan sonra ən yayımış virus sayılır. Belə hesab olunur ki, insanların təxminən 70%-i bu virusa yoluxur. Virus cinsi və məişət yolu ilə keçir.

Təəssüf ki, orqanizmə düşdükdən sonra virus burada həmişəlik qalır. Hal hazırda bu virusu tam müalicə edən tibbi vasitələr yoxdur. Virus əleyhinə və immuniteti möhkəmləndirən preparatların köməyi ilə yalnız bu virusun aktivliyini azaltmaq mümkündür.
Həkimlər dərinin üzərində olan papillomaları xaric etməyi tövsiyə edirlər, xüsusilə şişlərin travmaya məruz qalması riski yüksəkdirsə (paltarlara sürtünmə, qırxma zamanı və s.). Tez-tez zədələnən papillomanın xərçəngə çevrilə bilər.
Müasir tibdə papillomalar əsasən lazer, radiodalğa, maye azotla xaric olunur. Bütün bu vasitələr təhlükəsiz və, demək olar, ağrısızdır. Papillomaları dermatoloqlar müalicə edir. Papillomanı xaric etdikdən sonra xəstəyə həmçinin viris əleyhinə və immuniteti möhkəmləndirən preparatlar da təyin oluna bilər.
Həkimlər papillomaları ev şəraitində xaric etməyi tövsiyə etmir. Bu həm lazım olan effekt verməyəcək (bir müddətdən sonra papilloma bu yerdə yenidən əmələ gələcək), həm də təhlükəlidir ki, papillomanın xərçəngə çevrilməsi riski artır.

Sizin Reklam Yeriniz