Əlaqə Arxiv
news Image
2018.04.21
12:40
| A A A
Səhhətinizin vəziyyətini 1 DƏQİQƏYƏ ÖYRƏNİN - FOTO

Əgər səhhətinizdən şikayətiniz varsa və boş yerə vaxt itirmək istəmirsinizsə, bir dəqiqə ərzində sağlamlığınızın hansı vəziyyətdə olduğunu öyrənə bilərsiz.

Movqe.az  publika.az-a istinadən xəbər verir ki, bir çoxları düzgün qida seçməklə sağlamlığının qayğısına qalır, lakin heç də hamı zəruri olduqda həkim yanına getmir. Tədqiqatçılar bir dəqiqəyə səhhətinizin nə vəziyyətdə olduğunu öyrənmək üçün bir üsul təklif edirlər.

Bu üsulun üstünlüyü onun sadəliyindədir. Bunun üçün sizə bir qaşıq lazım olacaq. Durumunuzu müəyyən etmək üçün qaşığı dilinizin üstünə sürtün və tüpürcəyinizlə isladın. Sonra qaşığı şəffaf paletə qoyub güclü işığın qarşısında saxlayın. Bir dəqiqə keçdikdən sonra qaşığı götürüb nəticələri öyrənin.

Deməli, qaşıqdan heç bir qoxu gəlmirsə, səhhətinizdə problem yoxdur.

Qoxu varsa – burada 2 variant var. Çürüntü iyi mədənizdə və ağ ciyərlərinizdə olan problemlərdən, şirin iy şəkərli diabetdən xəbər verir. Ammonyak iyi böyrəkdə problemlər olduğunu bildirir.

Qaşığın üzərindəki izlər də sizə çox şey deyə bilər. Əgər onlar ağ və ya qalın sarı təbəqədən ibarətdirsə, problem mədəaltı vəzin işinin pozulmasından ibarətdir. Bənövşəyi təbəqə qan dövranının işinin pozulmasından, xolesterinin səviyyəsinin yüksək olmasından, tənəffüs orqanlarının işinin pozulmasından xəbər verir.

Bu üsul yalnız səhhətinizdə olan problemləri sizə bildirir, həmin problemləri isə ancaq həkim müalicə edir.

Sizin Reklam Yeriniz