Əlaqə Arxiv
news Image
2017.04.26
20:00
| A A A
Sensasiyalı sistem: milyonlarla uşağı xilas edəcək kəşf - VİDEO - FOTO

ABŞ-ın Filadelfiya şəhərindəki Uşaq Hospitalının nəzdindəki Fetal Tədqiqatlar Mərkəzinin (Center for Fetal Research at the Children's Hospital of Philadelphia) alimləri dünyada ilk dəfə olaraq süni analıq yolu yaradıblar.

Movqe.az  milli.az-a istinadən bildirir ki, bioloqlar və biomühəndislərdən ibarət qrup vaxtından əvvəl doğulmuş quzunu bir ay bu süni analıq yolunda saxlaya biliblər.

"Yaratdığımız sistem vaxtından xeylim əvvəl doğulmuş körpələrə mövcud tibbi texnologiyaların vermədikləri imkanları verərək onların həyatlarını xilas edə bilər. Belə körpələrin ana bətni ilə ətraf aləm arasında əlaqəyə ehtiyacı var", - tədqiqat qrupunun rəhbəri, professor Alan Fleyk deyib.

Hazırda dünyada hər il təqribən 15 milyon uşaq vaxtından əvvəl doğulur. 1 milyon körpə infeksiyalar, orqanizmdəki fəsadlar və düzgün olmayan qulluq nəticəsində ölür.

Amerikalı alimlər süni "analıq yolu" vasitəsilə analıq yolu və plasentanın bütün normal funksiyalarını reallaşdırmağa çalışıblar.

Bu "analıq yolu"nun yaradılmasında ən önəmli addımlardan biri ananın plasentasının fəaliyyətini imitasiya edən göbək arteriyası vasitəsilə qan vurulması sisteminin qurulmasıdır. Sistemdə pompa və ya əvvəllər belə problemlərin həlli üçün uyğunlaşdırılmasına cəhd göstərilən mexaniki komponentlər yoxdur. Həmin mexaniki qurğular qan vurularkən təzyiq fərqinə səbəb olur, vaxtından əvvəl doğulmuş uşağın zəif ürəyini dayandırırdı.

Amerikalı alimldər yeni sistemi sınayanda yeni doğulmuş quzunu "süni analıq yolu"nda 115 gün saxlayıblar.

Sizin Reklam Yeriniz