Əlaqə Arxiv
news Image
2017.04.28
15:14
| A A A
Azərbaycanlı fanatlarının yalvar-yaxarını eşitdi -"Recep İvedik-5" BAKIYA GƏLİR

Türkiyənin məşhur komediya aktyoru Şahan Gökbaharın (Recep İvedik) Azərbaycana gəlməkdən imtina etməsi haqda xəbər vermişdik.

Movqe.az xatırladır ki, aktyor nəinki ölkəmizə gəlməkdən, hətta “prokat”a çıxan yeni - “Recep İvedik -5” komediya filminin burada yayımını yasaqlamaşdı.

Buna filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması səbəb olmuşdu. Belə ki, bu ilin əvvəlində filmin treyleri yayımlandıqda, ekran işində Recep İvedikin azərbaycanlı boksçunu döyərək, rinqin bir küncünə atması səhnəsi sosial şəbəkələrdə böyük səs-küyə rəvac vermişdi.

Belə ki, azərbaycanlılar Receb İvedikin boksçunu döyərək rinqin bir küncünə atması səhnəsini tənqid atəşinə tutmuşdular. 

Bundan sonra aktyor Şahan Gökbakar “Instagram” bloqunda tənqidlərə cavab verməli olmuşdu: 

“Biz üzmək üçün deyil, güldürmək üçün varıq. Bizdə qardaş ölkəyə qarşı səhv olmaz. “Recep İvedik 5” filminin anonsundakı boks səhnəsini başqa istiqamətlərə çəkməyə çalışanlar olmasın deyə, filmdəki həmin səhnəni tam paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram... Hamınızı sevirəm”.

Söz-söhbətin səngimədiyini görən türkiyəli aktyor azərbaycanlı boksçu ilə bağlı səhnəni filmdən tamamilə çıxarmaq məcburiyyətində qalmışdı:

“Həmin səhnə azərbaycanlı qardaşlarımıza “Salam” göndərmək məqsədilə çəkilmişdi. Treylerdən sonra həmin səhnə ilə filmi qaralamaq istəyən qüvvələr meydana çıxdı. Bizə qarşı qaralama kampaniyası aparmaq istədilər, amma mən onların oyununu pozdum. Pis niyyətli insanlara o həzzi yaşatmaq istəmədim. Həmin səhnənin filmdən çıxarılması ümumi mövzuya təsir etmədi. Azərbaycanlı biznesmenlər zəng vurub dedilər ki, o səhnəni filmdən çıxarma, azərbaycanlıların belə bir tələbi yoxdur. Amma pis niyyətlilərin oyununu pozmalı idim və bunu da etdim”.


Nəticədə onlar aktyorun sosial şəbəkədəki rəsmi səhifəsindəki paylaşımlarına davamlı şərhlər yazıraq, Ş.Gökbaharı Azərbaycanla bağlı verdiyi qərarına etiraz ediblər.
Aktyordan ölkəmizdə nəinki filminin nümayişinə, hətta Azərbaycana gəlməyini təkidlə israr edənlər, hətta yalvaranlar da tapıldı.
Görünür, azərbaycanlı fanatların bu istəyi aktyorun ürəyini yumşaldıb. 
Belə ki, mayın 4-də Nizami Kino Mərkəzində “Recep İvedik 5” komediya filminin nümayişinə start verilir.

Qeyd edək ki, Türkiyənin “Çamaşırhane Produksiyon” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi və rejissoru Toğan Gökbakardır. 
Əsas rollarda aktyorlar Şahan Gökbakar, Orhan Varan və Deniz Ceylan çəkiliblər.

big.az

Sizin Reklam Yeriniz