Əlaqə Arxiv
news Image
2017.04.30
11:15
| A A A
"Ərə getməyəcəm, övladım olmur" - Seren Serengil

Müğənni Özay Bakırla sevgili olan müğənni Seren Serengil yeni eşqindən danışıb. 
Movqe.az axşam.az-a istinadən xəbər verir ki, Seren Özayı sevmədiyini etiraf edib:

"Mən vaxt keçdikcə, qarşımdakına öyrəşdikcə ona aşiq oluram. İki aydın münasibıtimiz başlayıb. Dostluq edəndə də, sevgili münasibətim olanda da məni sevəni sevirəm. Onun çıxış etdiyi kluba tez-tez gedirdim. İzlədikcə ona marağım artdı. Tanış olandan sonra da diqqətimi çəkməyi bacardı".

Seren daha sonra "Heç kimin fikri mənim üçün önəmli deyil. İnsanları düşünməkdən həyatımı yaşaya bilmədim. Çox pis günlər keçirdim. Övlad istədim olmadı, ailə qurmaq istədim alınmadı. Bədbəxt olsam da hamı görsün. Üç gün sonra münasibətim bitsə də, peşman olmayacam" deyə, əlavə edib. 

İfaçı heç vaxt ana ola bilməyəcəyini söyləyib:

"Yenidən ailə qurmağı düşünmürəm. Uşağım olmur. İtlərimi övladım kimi qəbul etmişəm. Qanım laxtalandığı üçün bətnimdə uşaq qalmır".



Sizin Reklam Yeriniz