Əlaqə Arxiv
news Image
2017.04.30
21:24
| A A A
Erməni qızı Azərbaycana qarşı təxribatdan əl çəkmir

Movqe.az xəbər verir ki, keçən il Ermənistanı "Eurovision" müsabiqəsində təmsil edən İveta Mukuçyan yenidən Azərbaycana qarşı təxribat törətməkdən əl çəkmir. 

Belə ki, Almaniya televiziyasında çıxış edən erməni qızı Azərbaycanı bu il müsabiqədə təmsil edən Dihaj üçün yazılan "Sceletons" haqda bunları deyib:

"Bu mahnı mənə yaxşı tanışdır. Keçən il mənə də göndərmişdilər, amma mən ondan imtina etdim".

Erməni müğənninin bu açıqlaması böyük narazılığa səbəb olub. Çünki xəbər verdiyimiz kimi - builki mahnımızın müəllifi azərbaycanlı bəstəkar, "Eurovision" iştirakçılarımız Aysel Teymurzadə və Nigar Camalın prodüseri İsa Məlikovdur:

"Erməninin dedikləri absurddur! Mən bu mahnını bu ilin əvvəli və məxsusi Dihaj üçün yazmışam. Fevral ayında da Sandra Byormen mahnıya Dihajın ruhuna uyğun söz yazıb" - deyə, musiqiçi etirazını Big.az-a bildirdi.

Xatırladaq ki, Ermənistan təmsilçisi keçən il də Azərbaycana qarşı təxribatı ilə gündəmə gəlmişdi. O, müsabiqə zamanı əlində qondarma Qarabağ respublikasının bayrağını dalğalandırmış və buna görə təşkilatçılardan ciddi xəbərdarlıq almışdı.

Sizin Reklam Yeriniz