news Image
2017.05.01
16:19
| A A A
Nadir Qafarzadə bu iki tanınmışla BARIŞDI - FOTO

  Müğənni Nadir Qafarzadə ilə Fatimə Fətəliyeva arasında küsülülüyə son qoyulub. Movqe.az-ın lent.az-a istinadən məlumatına görə, ad gününə gəlmədiyinə görə müğənnidən küsən rəqqasə ötən gün paytaxt məkanlarının birində N.Qafarzadə ilə barışıb. Fatimə müğənni Rüfət Axundov, Gülay Zeynallı və Nadir Qafarzadə ilə birgə çəkilmiş şəklini paylaşaraq, fotoya “Mənim dəyərli dostlarım” şərhini yazıb.

  Qeyd edək ki, F.Fətəliyeva N.Qafarzadənin ad gününə gəlmədiyinə görə bu sözləri demişdi: "Söz vermişəm, daha onu çağırmayacam. Ondan başqa hamı gəldi. Nadir Qafarzadə ilə bitdi. Nadir belə etməməliydi. Biz onunla bu sənətdə eyni ərəfədə pillə-pillə qalxmışıq. Münasibətlərimiz əla idi, amma indi pisdi".

Onu da əlavə edək ki, N.Qafarzadə ötən gün E.Seyidcahanla aralarında olan incikliyə də son qoyub. 

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs