Əlaqə Arxiv
news Image
2017.05.02
17:46
| A A A
Bu dünya ulduzları Bakıya gəlir

"Formula-1" üzrə Avropa Qran-prisində çıxış edəcək daha 2 müğənninin adı müəyyənləşib.

Movqe.az  bildirir ki, bu barədə yarışın promouteri Arif Rəhimov bildirib.

Onun sözlərinə görə, bunlar "Black Eyed Peas" qrupu və Nikol Şerzingerdir. O deyib ki, təşkilatçılar azarkeşlər üçün zəngin mədəni-əyləncə proqramı təşkil edəcəklərinə görə çox məmnundurlar.

"Azərbaycan Qran-prisi zamanı dünyanın iki ən uğurlu ifaçısını Bakıda görəcəyimizə necə sevindiyimizi sözlə ifadə etmək çətindir. "The Black Eyed Peas" və Nikol Şerzinger dəfələrlə sübut ediblər ki, qeyri-adi vokal səsə malik olan elit musiqiçi qrupuna aiddirlər", - A.Rəhimov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 23-25-də Bakıda keçiriləcək. Yarışlar çərçivəsində türkiyəli müğənni Tarkan da Bakının qonağı olacaq.

Sizin Reklam Yeriniz