news Image
2017.05.03
11:54
| A A A
Şəbnəm Tovuzludan sərt açıqlama: "Evdə yüz hoqqadan çıxan qadınlardan namusluyam"

Müğənni Şəbnəm Tovuzlu son günlər ətrafındakı qalmaqallarla bağlı ölkə.az-a açıqlama verib.

Movqe.az sözügedən sayta istinadən xəbər verir ki, sənətçi bildirib ki, həyatından razıdır və bundan sonra toylara getməyə də bilər:

"Həyatımdan razıyam. Şəbnəm Tovuzlu adıyla harasa gedib 5-3 manat pul qazanmaq mənə lazım da deyil. Toya getsəm də, getməsəm də, həmin Şəbnəməm. Çox şükür ki, gözəl ailəm var. Hər kəsin birinci ailəsi də dağıla bilər. Mənim keçmiş fotolarımı üzə çıxaranlar, ifşa edənlər bədbəxtdirlər. Həmin şəxslər də bilsinlər ki, Şəbnəm nəslinin, dostlarının arasında, cəmiyyətdə yetərincə hörmətə sahibdir. "Ərim var" deyib evdə yüz hoqqadan çıxan qadınlardan namuslu, qeyrətli, şərəfli və ailəsinə hörmət edən xanımam. Gəlsinlər, bunu sübut edərəm".

Qeyd edək ki, iki gün öncə sənətçinin keçmiş həyat yoldaşıyla intim fotoları yayılmışdı.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs