news Image
2017.05.09
20:11
| A A A
Rafael Dadaşovun səhhəti haqda oğlundan açıqlama

Xalq artisti Rafael Dadaşovun səhhətindən xəbər var.
Movqe.az-ın məlumatına görə, iki gün öncə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən sənətkarın vəziyyəti tədricən stabilləşir.
 
Bu barədə "Ölkə.Az"a aktyorun oğlu Emil Dadaşov deyib:

"Hazırda atam sistem altındadır. Təzyiqi aşağı düşmüşdü, şəkəri qalxmışdı. Yaşlı adamdır da. Amma şükür, həkimlərin müdaxiləsindən sonra hər şey qaydasındadı. Səhhəti stabilləşməyə doğru gedir".

Qeyd edək ki, Rafael Dadaşov 1946-cı ildə Bakıda anadan olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs