news Image
2017.05.12
09:36
| A A A
Camala "Eurovision 2017"dəki 985 minlik qonorarını ala bilməyib

"Eurovision 2016"nın qalibi Camala "Eurovision 2017"dəki çıxışı üçün nəzərdə tutulan qonorarı ala bilməyib.

Movqe.az-ın  axşam.az-a istinadən məlumatına görə, bu barədə ifaçının prodüseri bildirib. Onun sözlərinə görə, sənətçiyə 985 min qriven (37 min dollar) verilməli idi.

“Bir milyon qonorar 3 nömrə üçün nəzərdə tutulmuş məbləğdir. Bura daxildir: simfonik orkestr, rəqslərin quruluşu, hər nömrə üçün Camalaya tikilmiş xüsusi geyimlər, bek vokalçılar, hər nömrənin qrafiki. Hazırda bütün bu pulları mən verirəm. Mən verirəmsə, bu, o deməkdir ki, Camala heç bir qəpik də almayıb”.

Qeyd edək ki, “Eurovision 2017”in ilk yarım finalı mayın 9-da olub. İkinci yarım final bu gün, final isə mayın 13-də olacaq. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs