Əlaqə Arxiv
news Image
2017.05.12
11:35
| A A A
Murat Bozdan ayrılıq açıqlaması gəldi

Türkiyəli müğənni Murat Boz “İşte benim stilim” verilişinin iştirakçıları Bahar-Nihal Candan bacıları ilə aparıcı Eser Yenenlerin villasında əyləndiyi və buna görə də sevgilisi, aktrisa Aslı Enver ilə ayrıldıqları ilə bağlı xəbərə ilk dəfə münasibət bildirib. 

Movqe.az-ın qafqazinfo.az-a  istinadən verdiyi məlumata görə, sənətçi bütün iddia və xəbərlərin əsassız olduğunu söyləyib.

“Bunların heç biri doğru deyil. Sizcə belə bir şey ola bilərmi?”, - deyə M. Boz bildirib.

Müğənni A. Enverlə xəyanətə görə ayrıldıqları ilə bağlı informasiyanı təkzib edib: “Evimiz, yerimiz bəllidir. Hər şey təmamilə şişirdilib. Elə bir şey yoxdur”.

Sizin Reklam Yeriniz