Əlaqə Arxiv
news Image
2017.05.12
13:36
| A A A
"Təklif gəlsə də "Maşın" şouda iştirak etməyəcəyəm"

Xəbər verdiyimiz kimi, mayın 28-i Azad Azərbaycan telekanalında "Maşın" şounun növbəti buraxılışı start götürəcək.

Movqe.az  xəbər verir ki, artıq iştirakçılar müəyyənləşib. Məşhurlar arasında layihə rəhbəri Murad Dadaşovun təklifini dəyərləndirən və dəyərləndirməyənlər də olub.

Aparıcı Kamilə Babayeva BiG.AZ-a açıqlamasında "Maşın" şouda iştirak etməsinə dair təklif aldığını söyləyib. Lakin o, bu təklifi dəyərləndirməyib:

""Maşın" şouda iştirak etmək üçün M.Dadaşovdan təklif aldım. Amma evdə azyaşlı qızım var. Onun baxımı üçün bu təklifdən imtina etdim".

Müğənni Üzeyir Mehdizadənin də "Maşın" şouda iştirakı gözləniləndir. İfaçı bu haqda dəqiq fikir söyləməsə də iştirak etməyəcəyini də boynuna almayıb:

"Bəli, "Maşın" şouda iştirak etmək üçün təklif gəlib. İnşallah, qismət olsa görüşərik. Zaman göstərər" deyib.

Verilişin layihə rəhbəri Murad Dadaşov da şou haqqında BiG.AZ-a danışıb. O bildirib ki, yarışmada tamaşaçıları sürpriz isimlər gözləyir:

"Şoumuzda maraqlı isimlər olacaq. Baxmağa dəyər. Ötən verilişlərdən də köhnə yarışmaçılar "Maşın" şouda görüşünüzə gələcək. Onu da deyim ki, mətbuatda stilist Samiraldonun "Maşın" şouda iştirak edəcəyinə dair xəbərlər yayılıb. Tamamilə yalnışdır. Samiraldo "Maşın" şouda iştirak etməyəcək". 

Sizin Reklam Yeriniz