Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Özcan Aslını Muradın əlindən aldı - şok iddia
 
 
news Image
2017.05.16
17:55
| A A A
Özcan Aslını Muradın əlindən aldı - şok iddia

Müğənni Murad Boz və aktrisa Aslı Enverin ayrılığı ilə bağlı gözlənilməz iddia səsləndirilib.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, ayrılığın səbəbi kimi Muradın Bahar və Nihal Candan bacıları ilə görüntülənməsinin olduğu söylənilsə də, bunun doğru olmadığı deyilir.

Yeni iddiaya görə, A.Enver "İstanbullu gəlin" serialındakı tərəf müqabili Özcan Dənizlə ay yarımdır ki, gizli sevgi yaşayır. Boz Aslının Özcanla öpüşmə səhnələrini qısqanıb və buna əsəbiləşib. Digər tərəfdən Özcanın yaxın dostlarına Aslıdan çox xoşlandığını deməsi Muradı özündən çıxarıb.

Hətta Ö.Dənizin A.Enveri ailəsi ilə tanış etdirdiyi bildirilir. Bu iddianı gücləndirən daha bir səbəb var. Belə ki, Özcan bir müddətdir sevgili olduğu söylənilən 26 yaşlı aparıcı Selin Yağcıoğlu ilə münasibətini qısa zamanda bitirib, o, hətta aparıcını İnstaqramda izləməni də dayandırıb.

Aslı Enverin ayrılıqla bağlı danışmaması və Muradın ona xəyanət etməsi xəbərlərinə susması isə onun öz xəyanətini gizlətmək istəməsi ilə bağlıdı. Hazırda bütün media M.Bozdan bu haqda nəsə öyrənməyə çalışır. Media bu xəyanəti "ilin şoku" adlandırıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs