Əlaqə Arxiv
news Image
2013.02.14
14:59
| A A A
Necati Şaşmaz ata olacaq
Kurtlar Vadisinin Polat Alemdarı Necati Şaşmazın həyat yoldaşı Nagehan Kaşıkçının 1 aylıq hamilə olduğu məlumatı yayılıb. Movqe.Az-ın məlumatına görə, Kurtlar Vadisi serialında Polat Alemdarı canlandıran 42 yaşlı aktyor Necati Şaşmaz ata olmağa hazırlaşır. Şaşmazın 12.12.12 tarixində sürpriz bir şəkildə nigah masasına oturduğu yoldaşı Nagehan Kaşıkçının 1 aylıq hamilə olduğu bildirilib. Bu xəbəri keçən həftə sonu verən məşhur aktyor sevincini ilk olaraq ailəsiylə paylaşıb. Ata olmaq üçün həyat yoldaşının təhsilini bitirməsini gözləyəcəyini söyləyən Şaşmazdan gələn bu xəbər ailələri də çaşdırıb. Yoldaşının hamilə olduğunu bir neçə yaxın dostundan başqa heç kimə söyləməyən Şaşmaz böyük bir həyəcan içindədir. "Yıldız Texniki Universitetinin" Beynəlxalq Əlaqələr və Siyasət fakultəsində 3-cü kurs tələbəsi olan Nagehan Kaşıkçı təhsilinə davam etməyi planlaşdırır. Xatırladaq ki, cütlük bal aylarını Maldiv adalarında keçirmişdi.
Sizin Reklam Yeriniz