Əlaqə Arxiv
news Image
2017.05.24
17:46
| A A A
Bu veriliş başladığı gün dayandırıldı

Türkiyənin “Show TV” kanalında indiyədək görülməyən hadisə yaşanıb.

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, Hakan Bilginin aparıcılıq etdiyi “Hər kəs qazanır” verilişi elə efirə getdiyi ilk gündən yayımını dayandırıb. 

Hakan yarış iştirakçılarını təqdim etdikdən sonra onlarla söhbət etməyə başlayıb. Lakin iştirakçıların gözlədiyi ilk sual ekrana gəlmədiyindən oyun başlamayıb. 

Reklam fasiləsinə çıxdıqdan sonra aparıcı yenidən iştirakçıları təqdim edib və sualın ekrana gəlməsini gözləyib. Bu dəfə də sual ekrana gəlmədiyindən səsləndirilməyib. Veriliş yenidən reklama çıxıb və ikinci fasilədən sonra efirə getməyib. Canlı yayımdaca proqram dayandırılıb.
 
Bu cür texniki xətaya səbəb kimi proqramda iştirak etmək üçün istifadə olunan tətbiqetmənin işləməməsi göstərilir.

Sizin Reklam Yeriniz