Əlaqə Arxiv
news Image
2017.05.30
12:10
| A A A
Elton özündən çıxdı -"Tolik mənə görə səs istəməliydi"

"Maşın" realiti şounun ilk səsvermə günü tamaşaçı səsi toplamayaraq, aktyor Elcan Rəsulova uduzan müğənni Elton Hüseynəliyev od püskürüb. 

Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, ifaçı bildirib ki, şouda iştirak edən kişilər qorxaqdır: 

"Bəli, mən səhv etdim, amma səhv etməyə də hünər lazımdır. Mən Elcanın qabağından qaçmadım. Mən bir kəlmə desəydim ki, Elcan, sən deyilsən və həqiqətən, fikrimdə Elcan deyildi. Sadəcə, hirsləndim dedim. Deməsəydim, səs toplayıb, başqasını çıxaracaqdım. Orada hamıya səsləndim, dedim ki, açıq oyun oynayaq. Heç kim istəmədi. Sonda məni atdılar qabağa. Ona görə də mən çıxaracağım adamın adını söyləmək istəmirdim. Murad savadlı və ağıllı aparıcıdır. Allahım şahiddir ki, şərəfsiz deyiləm, olmayacam da. Çünki insanın qanı təmiz olmalıdır. Ola bilər ki, mən əsəbi danışıram, kiməsə yekəxana görünürəm, amma buna səbəb var. Mən bəziləri kimi Murad Dadaşova hörmətsizlik etmədim. Siz çox şeyləri bilmirsiniz. Baxırsınız, amma elə şeylər var ki, onlardan xəbəriniz yoxdur".

İfaçı onu tənqid edənləri “razborka”ya çağırıb: 

“Sözü olan varsa, nömrəsini yazsın. Sabah harada desə, orada görüşməyə hazıram. Gəlməyən kişi deyil”.

Elton birgə çalışdığı prodüseri Tolik barədə də danışıb: 

“Tolik mənə görə pis oldu. O da neçə illərdir, mənimlə çalışır və mənə görə səs istəməliydi. Amma Elcanın da xətrini çox istəyirdi. Nə isə, anlayana 1 kəlmə, anlamayana 1000 kəlmə bəs etməz”.

Sizin Reklam Yeriniz