Əlaqə Arxiv
news Image
2013.02.15
15:30
| A A A
Bu da yeni dəb
ABŞ-ın bütün dünyada məşhur moda mərkəzi Nyu Yorkda dünən sona çatan 2013-2014 Payız / Qış moda həftəsində ABŞ-lı dizayner Maykl Kors küləyi əsib. Movqe.az bildirir ki,  Kors, son dövrdə Mişel Obamanın sevimlisi olaraq xatırlanır. Son dövrdə ABŞ-ın "first lady"si Mişel Obamanın da əsas dizaynerləri arasında olan Korsun əsgər formasında olan izlər daşıyan  mavi rəngin hakim olduğu kolleksiyası çox bəyənilib. Çərşənbə günü "Hollywood"un məşhur isimlərinin iştirak etdiyi nümayişdə sərgilənən kolleksiyada şəhərin tempinə ayaq uydurmaq üçün hazırlanmış idman  modelləri önə çıxıb. Mavi rənglə yanaşı, sarı, portağal rəngi əsgər formanaxışlarının sıx istifadə edildiyi paltarlar bu il dəbdə olacaq. Çin əslli ABŞ-lı stilist Vivienne Tam, qış kolleksiyasında ABŞ prezidenti Barak Obamanın rəsmini naxış olaraq istifadə etməsiylə bütün diqqətləri üzərinə çəkib.
Sizin Reklam Yeriniz