Əlaqə Arxiv
news Image
2017.06.26
11:45
| A A A
Qəndab Quliyevanın həkimi: "Xalq artisti süni tənəffüs aparatına qoşulub"

"Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır".  Movqe.az xəbər verir ki, bunu APA-ya xalq artisti Qəndab Quliyevanın müalicə oldunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır. 

 

Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: “O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var”.

 

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.

Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. 

Sizin Reklam Yeriniz