news Image
2017.07.17
09:58
| A A A
Snapchat-ın sahibi ilə məşhur modelin gizli toyu oldu - FOTO

Dünyanın ən məşhur modellərindən biri, 34 yaşlı Miranda Kerr və Snapchat servisinin sahibi, 26 yaşlı milyarder Evan Şpigelin toyu olub.

Movqe.az  milli.az-a  istinadən bildirir ki, toy İngiltərənin Esseks qraflığındakı Brentvud şəhərinin kənarında, E.Şpigelin malikanəsində olub.

Cəmi 45 qonağın dəvət olunduğu toya media mənsubları buraxılmayıblar.

Avstraliyalı Miranda Kerrin gəlinlik paltarı "Christian Dior" moda evinin rəhbəri Mariya Qrasiya Kürinin əsəri idi.

"Miranda nağıllardakı şahzadələrin paltarından istəyirdi. Mən də sadə, eyni zamanda ecazkar paltar hazırlamağa çalışdım", - Küri deyib.

Evan Şpigellə Miranda Kerr ötən ilin yayında nişanlanıblar. Nikah müqaviləsinə görə, Miranda boşanmaq fikrinə düşərsə, heç bir təzminat almayacaq, Şpigelin əmlakına iddialı ola bilməyəcək.

Evan Şpigel ilk dəfədir ailə həyatı qurur. Miranda Kerr isə əvvəllər aktyor Orlando Blumla nikahda idi. Həmin nikahdan doğulmuş Flinnin indi 7 yaşı var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs