Əlaqə Arxiv
news Image
2017.07.19
16:49
| A A A
Aparıcının yarıçılpaq fotolarını çəkən iranlı turisti buraxdılar

Aparıcı Canan Tuğanerin bikinili fotolarını gizli çəkən və buna görə 3 ilə qədər həbsi istənilən 24 yaşlı iranlı turistin məhkəməsi olub.

Movqe.az axşam.az-a istinadən bildirir ki, Canan fotolarının çəkildiyini gördüyü üçün mane olmağa çalışmış və qarşıdurmada başından yaralanmışdı. Onun şikayəti ilə fotoları çəkən şəxs həbs edilmişdi.

Məhkəmədə isə "Əlimdəki telefonla dənizi və təbiəti çəkirdim. Günahım yoxdur, cahillik etdim. Gəzə-gəzə çəkirdim və onlar da kamerama düşdülər. Səhv eləmişəm, peşmanam, xanımdan üzr istəyirəm. Məni bağışlamasını və azad olunmağımı istəyirəm" deyən iranlı turist məhkəmə zalından azadlığa buraxılıb.

Lakin o, Türkiyə ərazisindən deportasiya edilib.

Sizin Reklam Yeriniz