Əlaqə Arxiv
news Image
2017.07.20
13:57
| A A A
Natavan və Səidin oğlan toyunda baş verənlər

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ilə reper Səid Əliyevin (Dado) oğlan toyu olub.

Movqe.az axşam.az-a istinadən bildirir ki, şəhər restoranlarından birində baş tutan gecəyə çox az sayda sənət adamı dəvət olunub. Müğənni Səidə Sultan da rəfiqəsini özəl günündə tək qoymayıb.

Gecədə daha çox reperlər fotokameramıza tuş gəliblər.

Sənətçilərin toy karvanı da diqqət çəkib. Belə ki, gəlin gətirmə zamanı əsasən ağ avtomobillərdən istifadə olunub. 

Məclis mediaya qapalı olsa da, fotoqraf şəkillər çəkə bilib. Toydan görüntüləri təqdim edirik:
Qeyd edək ki, Natavan və Səidin qız toyu iyulun 17-də olub.

Sizin Reklam Yeriniz