Əlaqə Arxiv
news Image
2013.02.25
15:26
| A A A
Cinsiyyətini dəyişən aktrisa əsgərliyə çağırılacaq

"Molped" reklamınan sonra "Bütün çocuklarım", "Emret Komutanım" kimi seriallarda rol alan gənc aktrisa Nil Erkoçların 3 həftə əvvəl əməliyyatla cinsini dəyişərək kişi olduğu məlum olub. Movqe.Az-ın türk mediasına istinadən verdiyi əbərə görə, adını Rüzgar olaraq dəyişdirən 26 yaşındakı aktrisanın bu əməliyyatından sonra əsgərə gedib-getməyəcəyi isə insanların marağını çəkib. Bir hərbi hüquq mütəxəssisi mövzuyla əlaqədar bunları bildirib: "Bir insan xalqa kişi olaraq özünü qeydiyyatdan keçirdiyi zaman əsgərliyə şöbə tərəfindən çağırılır. Yoxlaması aparılır, həkimə yollanılır. Burada "Əsgərliyə getməyə uyğun deyiləm" fikri ola bilməz və həkimlərdən də çıxan qərar müsbət olarsa şəxs əsgərliyə getməlidir. Amma şərtlərə uyğun olmasa, sonradan kişi olduğunu izah edərsə həkim ya uyğun deyil qərarı verər ya da hərbi xəstəxanaya yollayar. Orada yoxlanıldıqdan sonra qərar verilər. Sağlamlıq təşkilatı əlverişli olduğunu bildirsə əsgərə getmək məcburiyyətindədir. Əsgərliyə aparıldıqdan sonra orada qadına xas hərəkətlər edərsə yenidən geri göndəriləcəkdir."

Sizin Reklam Yeriniz