Əlaqə Arxiv
news Image
2017.08.01
12:56
| A A A
"Cavab verəcəksiniz" - Elzadan iti sürüyən oğlanlara

“Biabırçı bir hərəkətdir... Xarici ölkələrdə tez-tez oluruq. Orada heyvanlara necə dəyər verirlər. Azərbaycanda iki gəncin bir iti maşına bağlayıb sürüməsi ayıbdır”.

Movqe.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.

Sosial şəbəkədə iki gənc oğlanın itin boynuna zəncir bağlayaraq, maşının arxasıyla sürüyən videosu yayılıb.

E.Seyidcahan bildirib ki, bu oğlanlara ən ağır cəza verilməlidir:

“Deyirlər axirət var. Biz indi bu cür şeyləri görərək, axirəti yaşayırıq. O iki gəncə bir qadının yaxınlaşıb nəsə deməyi, irad bildirməsi düz deyildi. Onların özlərinin düşüncəsi olmalıydı. Onlar Allah qarşısında cavab verəcəklər. Hələ bir eynəyi də taxıblar gözlərinə... Bu bizim xalqımıza yaraşmayan hərəkətdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva heyvanlara qayğı göstərir, onlar üçün sığınacaqlar düzəltdirir. Biz özümüz sahibsiz heyvanlara qayğı göstərməliyik. İstəyərdim ki, heyvanların hərəsini bir ailə götürüb saxlasın...

Heyvan heyvanlığı ilə öz yiyəsini tanıyır, ona sadiq olur. Bir canlı ki, bizə xidmət edir, onu necə belə sürümək olar?

O gənclər fikirləşir ki, it sürünməli, döyülməlidir. Ay insanlar, itlər bizi qoruyurlar. Cəbhədə ordumuzun yanında bu dil-ağzı olmayan itlər dayanır. Onları necə incidirsiniz?".

Sizin Reklam Yeriniz