Əlaqə Arxiv
news Image
2017.08.23
13:29
| A A A
"Dünən Nardarana toya getmişdi..." - Bayram Kürdəxanılının tələbəsi

Dünən gecə maşın vurub öldürən meyxanaçı Bayram Kürdəxanılı bir neçə dəqiqədən sonra dəfn olunacaq.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, tələbələri və sənət dostları mərhumun evinə toplaşıb.

Tələbəsi Emin Kürdəxanılı mediaya açıqlamasında bildirib ki, dünən qəzadan əvvəl onunla bir yerdə olublar:

“Bayramı sevənlərin başı sağ olsun. Onun sağ qalması üçün əlimizdən gələni etdik, amma alınmadı. O, elə bir ustaddır ki, unudulmayacaq. 20 ildir onunla bir yerdə idik. Hər gün görüşürdük, zəngləşirdik. Dünən Nardaran kəndində toya getmişdi, orada çıxışdan sonra bura qayıdıb. Harasa gedəndə bu hadisə baş verib. Bayramın çox arzuları var idi. Onun dünya malında gözü yox idi. Tək istəyi əmin-amanlıq olması idi. Heyif...”.

Sizin Reklam Yeriniz