Əlaqə Arxiv
news Image
2017.09.11
17:38
| A A A
Çində aramsız yağış - Minlərlə insan təxliyə olundu

Çinin cənub-qərb və mərkəzi rayonlarında aramsız yağış və daşqınlar nəticəsində 8 nəfər həlak olub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, yağıntılar dördüncü gündür ki, davam edir.

Yeddi nəfərin itkin düşdüyü məlumat verilib. Bölgədən 6,7 min adam təxliyə edilib.

Təbii fəlakət bir neçə əyalətdə ümumilikdə 600 minə yaxın insana təsir göstərib.

Yağıntı və daşqınların vurduğu ziyanın ümumi məbləği 64,5 milyon dollara bərabərdir.

Sizin Reklam Yeriniz