news Image
2013.03.01
14:56
| A A A
Tarkan Xocalı Soyqırımını unutmadı
Movqe.az xəbər verir ki, Tarkan ermənilərin türkləri qətl etdiyi Xocalı Soyqırımını unutmayıb. 22-24 fevral tarixlərində Azərbaycanda pərəstişkarlarıyla görüşməyi planlaşdıran Tarkan; ötən həftə konsertlərini ləğv etdiyini açıqlamışdı. Meqastarın  pərəstişkarlarını məyus etdiyi bu qərarının səbəbi məlum olub. Tarkanın 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində baş verən qırğın səbəbiylə konsertini ləğv etdiyi öyrənilib. Konserti təşkil edən təşkilatçı Nahid Emiloğlu, mətbuata müsahibə verib: "Meqastarla aramızda heç bir anlaşılmazlıq olmayıb. Tarkan, Xocalı faciəsinin ildönümü səbəbiylə konsertini başqa tarixə təxirə salıb. Konsert tarixi dəqiq olmasa da indidən Tarkanın bir süprizi olduğunu söyləyə bilərəm.Konsertdə Azərbaycan mahnısı "Səndən Nigaranam " mahnısını da səsləndirəcək. "