Əlaqə Arxiv
news Image
2017.09.15
15:53
| A A A
Röya oğlu ilə şəkil paylaşmağına peşman oldu: "Axmaqlar..."

Əməkdar artist Röya Ayxan İnstaqram paylaşımı ilə müzakirələrə səbəbi olub. 

Movqe.az-ın  axşam.az-a istinadən  məlumatına görə, oğlu Hüseynlə birgə fotosunu paylaşan müğənni şəklə “Mənim ürəyim. Min kərə maşallah” sözlərini yazıb. Foto qısa müddətdə 22 mindən çox istifadəçi tərəfindən bəyənilsə də, yazılan tənqidlər də az olmayıb. İzləyicilər Röyanı oğlu ilə dekolteli geyimdə şəkil paylaşdığı üçün ittiham edib. 

Əməkdar artist İnstaqram hesabının şərh bölməsini bağlayaraq “Bundan sonra fikirlərinizi yazmaq olmayacaq. Hamıya şamil etmirəm, amma axmaqlar gündən-günə çoxalır. Mentalitetdən dəm vuranlar, arada bir özünüz haqqında da oxuyun” yazıb.

 

 

 

 

 

Sizin Reklam Yeriniz