Əlaqə Arxiv
news Image
2013.03.01
17:15
| A A A
Yenidən xərçəng xəstəliyinə tutuldu

Amerikalı müğənni Anastasia 2003-cü ildə sağaldığı məmə xərçənginə yenidən tutulub. 2000-ci illərin əvvəllərində "Im Outta Love" mahnısıyla uğur qazanan ABŞ-lı müğənni Anastasia 2003-cü ildə döş xərçəngi ilə mübarizə apararaq xəstəliyə qalib gəlib. Movqe.Az "Reuters"ə istinadən xəbər verir ki,  Anastasia, sosial şəbəkə saytı "Facebook"da ikinci dəfə eyni xəstəliyə tutulduğunu pərəstişkarlarına bildirib. Aprel ayında başlayacaq Avropa turunu da ləğv etmək məcburiyyətində qalan məşhur müğənni "yalnız onları məyus etmək məni üzür" deyib. Xatırladaq ki, mümkün olan ən qısa müddətdə albom qeydlərinə davam edib, "It 's A Man Worlds Tour" adını verdiyi turuna davam etmək istəyən müğənninin 44 yaşı var.

Sizin Reklam Yeriniz