Reanimasiyada olan müğənnidən xəbər var
Reanimasiyada olan müğənni İrem Dericinin səhhəti ilə bağlı müalicə olunduğu xəstəxananın baş həkimi Reha Baran açıqlama verib.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçının vəziyyətinin nisbətən yaxşıya doğru getdiyi deyilib:
“Televizora baxır, qəzet oxuyur. Vəziyyəti hazırda yaxşıdır. Meyvə istədi, meyvə verdik. Çəki itirməsinə gəlincə, drammatik vəziyyət deyil. Böyrəklərinin işləməməsi ilə bağlı deyilənlər də yalandır. Bir müddət reanimasiyada saxlamaq fikrimiz var”.