Əlaqə Arxiv
news Image
2017.09.25
13:10
| A A A
"Qayınanam məni döyürdü, ailəmi dağıtdı" - Elza

“19 yaşımda mənim 2 övladım var idi. 17 yaşım tamam olmamış ərə getdim. Toy qərarını oğlan evi aldı. Dedilər ki, verməlisiz, almalıyıq və getməliyik. Nənəmgilə getmişdilər. Nənəm elə bilmişdi ki, artıq bunlar "hə" alıblar. Ona görə də razılaşmışdı. Yuxudaydım, bir də gördüm qapı açıldı. Qayınanam boğazımdan elə sıxdı ki, az qalmışdı sümüklərim sınsın. Dedilər ki, zarafatdır. 6-7 ilə yaxın ailəli qaldım”.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan ARB TV-nin “Boş anlar” verilişində deyib. 

Müğənni ailəsini qayınanasının dağıtdığını bildirib:

“Biz 12 il boşanmadıq, istəmirdik. Həyat elə gətirdi ki, ayrıldıq. Əslində bizim ailəmizdə problem olmayıb. Sadəcə kənardan qayınanam müdaxilə etdi. Bu sənətdə olmağıma görə də 2 nəfərə borcluyam. Qayınanam ailəmi dağıtdı, anam da oxutdu.

Qayınanam məni döymüşdü, anamgilə getmişdim. Evdən heç nə götürmədim. Texnikumda oxuyanda bilirdilər ki, musiqi bəstələyirəm. “Şəhidlər balladası”ndan xəbərləri var idi. Sumqayıtda Kimyaçılar sarayında şəhidlərin birinci il dönümündə mənə təklif etdilər ki, siz bunu ifa edin, bacınız oxusun. Bunu qayınanama çatdırmışdılar. Qayınanam xəbər göndərmişdi ki, əgər o, səhnədə ifa etsə, yoldaşı ona gəlib gül verəcək, onla da bu iş bitəcək, boşanacaqlar. Mən ailəmi müqəddəs tutdum və getmədim”.

Sonda müğənninin bacısı Rasimə Seyidcahan Muradova hətta qayınanasının Elzaya şər atdığını da deyib:

"Yoldaşı işdən gələndə Elza ona çay süzmək istəyirdi.. Artıq nə edirdisə, bu arvadı qıcıqlandırırdı. Elza çay süzəndə qayınanası gəlib saçından tutmuşdu. Elzanın da əlində çaynik olmuşdu. Elza deyir ki, imkan vermir əlimdən çayniki qoyum sözümü deyim. Üstünə bir az su tökülüb. Qayınanası gedib xəstəxanada yatmışdı ki, gəlin mənim üstümə isti su tökdü. Yoldaşı o vaxt qorxmuşdu. Demişdi ki, səni aparım anangilə, özüm də Rusiyaya işləməyə gedim".

Sizin Reklam Yeriniz