news Image
2013.03.04
15:30
| A A A
"Ondan uşağım olsun istəyirəm" - FOTOLAR

"Elle UK" adlı jurnalın üz qabığına çəkilən Rihanna, hər kəsin marağına səbəb olan bir cümlə qurub. Movqe.Az-ın məlumatına görə, Rihanna ingilis moda jurnalı "Elle UK"in iki üz qabıq versiyası üçün kamera qarşısına keçib. 25 yaşlı müğənni Rihannanın qısa saçlarının və qısa paltarının meydana gətirdiyi cazibədar fotoşəkillərinin kifayət qədər diqqət çəkməsinə baxmayaraq, əsl danışılacaq mövzu jurnalın üz qabığındakı cümlə olub. Kris Brounla gah küsülü gah barışıq davam edən münasibəti olan Rihanna, mətbuatda xeyli vaxt danışılacaq qəti bir cümlə, "Bir uşaq sahibi olacağam." qurub. Maraqlara səbəb olan bu ifadənin yer aldığı "Elle UK"in 2013 aprel sayı, 6 mart tarixində qəzet dilerlərində yerini alacaq.