news Image
2013.03.04
16:34
| A A A
Müslüm Gürses afrikalıları da kədərləndirdi
Sənətçi Müslüm Gürsesin vəfatı, yaşanan qıtlıq və insanlıq faciəsi üçün kömək yığdığı afrikalıları da qəmə boğub. Movqe.Az-ın məlumatına görə, "Kimse Yok Mu" dərnəyinin başçı köməkçisi Mətn Çetiner, dərnəyin liderliyində həyata keçirilən "İnsanlıq Ölmədi" kampaniyasına dəstək verən sənətçiləri ziyarət etmək üzrə İstanbulda olan Somali vətəndaşların da yasda olduğunu söyləyib. Çetiner, sağlığında Müslüm Gürsesi xəstəxanada ziyarət etməyi planlaşdıran somalililərin vəfat sonrası bu gün saat 13.00-da keçirilən mərasimdə iştirak etdiklərini də bildirib. Somalidən gənclər və ailələri sonra qəbiristanlığına gedərək Gürsesin məzarı başında dua ediblər. Müslüm Gürses və çox sayda məşhur adam, Baş nazir Rəcəb Tayyib Ərdoğanın da telefonla qatıldığı kampaniyada Afrika üçün 25 milyon lirədən çox kömək yığmışdı.