Əlaqə Arxiv
news Image
2013.03.04
17:22
| A A A
Məşhur serial ulduzları liftdə qaldılar

"Modern Family" ("Müasir Ailə") serialının ulduzları bir yardım dərnəyinin təşkil etdiyi gecəyə gedərkən liftdə qalıblar. Movqe.Az-ın məlumatına görə, ulduzlar yaşadıqlarını "Twitter"də paylaşıblar. Aktrisa Culie Bouen, aktyor Cessi Tayler Ferquson və Erik Stonstrit yardım dərnəyinin təşkil etdiyi gecəyə qatılmaq üçün yola çıxıblar. Məşhur ulduzlar 10 adam ilə birlikdə liftdə qapalı qalıblar. Təxminən bir saata yaxın liftdə gözləyib, yaşadıqlarını "Twitter"da paylaşıblar. Erik Stonstrit, "50 dəqiqə ərzində liftdə qapalı qalmağı təsəvvür etdiyimdən daha yaxşı bacardım" mesajını və yoldaşlarıyla çəkdiyi fotoşəkili "Twitter"də paylaşıb. Hadisə yerinə bir saat sonra gələn xilasetmə qrupununun köməyi ilə liftdən çıxa biliblər. Yardım dərnəyinin gecəsinə bir saat gecikən serial ulduzları isə səhnəyə çıxdıqları vaxt xilasetmə qrupuna təşəkkür ediblər.


Sizin Reklam Yeriniz