news Image
2017.10.03
10:36
| A A A
"Emir" ilə "Zeynep" eşqi gerçək oldu?

2014-cü ildə ailə həyatı qurduğu Tuan Tunalıdan boşanmağa hazırlanan gözəl aktrisa Hazal Filiz Küçükkösenin adı indi də Kaan Urgancıoğlu ilə birgə hallanır.

Movqe.az milli.az-a  istinadən xəbər verir ki, "Kara Sevda" serialında canlandırdığı "Zeynep" xarakteri ilə ulduzu parlayan və son dönəmin ən diqqətçəkən aktrisalarından biri olan Hazal Filiz Küçükköse haqqındakı iddiaların ardı-arası kəsilmir.

Qeyd edək ki, "Deniz Yıldızı" serialının çəkilişlərində tanış olduğu və 2014-cü ildə ailə həyatı qurduğu Tuan Tunalıdan boşanmağa hazırlanan gözəl aktrisanın Ceyhun Mengiroğlu ilə "Rüya" serialının çəkilişləri zamanı yaxınlaşdığı iddiası ortaya atılmışdı.

Gündəmə bomba kimi düşən bu iddiadan sonra indi də Küçükkösenin "Kara Sevda" serialında "Emir" obrazına həyat verən Kaan Urgancıoğlu ilə eşq yaşamağa başladığı iddia edilir.

İki tərəf də bu iddialar qarşısında cavabsızdır.

Cütlük "Kara Sevda"da eşq səhnələri ilə yadda qalmışdı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs