news Image
2017.10.05
14:00
| A A A
Xatun verilişdən getməyinin səbəbini açıqladı

Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva ATV-də aparıcısı olduğu “Zarafat-zarafat” verilişindən ayrılıb.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, proqramın hazırlandığı “Soy” prodakşınla müqavilələri bitib:

“Müqavilənin vaxtı 1 il idi. Bitdi, mən də davam etdirmək istəmədim. Tamaşaçıların gözünü yormaq istəmirəm. Ona görə də verilişdən getdim. Əvəzində “Bacanaqlar” serialında qayınana obrazını canlandırıram”.

Qeyd edək ki, verilişə Mətanət Əliverdiyeva aparıcılıq edir.