Əlaqə Arxiv
news Image
2017.10.06
10:47
| A A A
Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən  Movqe.az-a  verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları 5 kv.m sahədə yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz