news Image
2013.03.05
14:59
| A A A
Hamı Keytdən nifrət edir

Son zamanların parlayan ulduzu Keyt Aptonun gözəlliyi və məşhurluğu digər modelllərin ondan nifrət etməsinə səbəb olub. Movqe.Az-ın məlumatına görə, Keytin də hissləri qarşılıqsız deyil. Aradakı soyuq müharibə ən son Las Veqasdakı təqdimat mərasimində ortaya çıxıb. Keyt, digər modellərlə heç bir yerə gəlmək istəməyib və onlara soyuq davranıb. Onun münasibətinin pis olduğu modellər arasında İrina Şay da var. Keytin münasibətinin yaxşı olduğu tək adın isə Broklin Deker olduğu güman edilir.