Əlaqə Arxiv
news Image
2017.10.09
10:35
| A A A
Azərbaycanlı çoban Türkiyə səhnəsində: “Bizə niyə süd gətirmədin?” (VİDEO)

Sosial şəbəkələrdə ifası ilə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovun sədası Türkiyədən gəlir. 

Movqe.az-ın azvision.az-a istinadən məlumatına görə, Neftçalanın Qaçaqkənd sakini Pərvin Səfərov qardaş ölkənin milyonlara tamaşaçısı olan “O səs Türkiyə” musiqi yarışmasına qatılıb. Həmyerlimiz müsabiqədə “Nazəndə sevgilim” mahnısını ifa edib.

Pərvinin ifasını Gökhan, Hadisə və Murad Boz bəyənərək ona tərəf dönüblər. Müğənni Yıldız Tilbe isə Pərvinə tərəf dönməyib. Müğənni çıxışı zamanı bildirib ki, Pərvinin səsi çox gözəldir, amma ləhcəsini bəyənməyib:

“Seçəcəyim iştirakçının mükəmməl formada türk dilində oxumasını istəyirəm. Pərvinin ləhcəsini bəyənmədim, buna görə ona tərəf dönmədim. Amma səsi çox gözəldir. Səsini çox bəyəndim”.

Verilişin aparıcısı Acun Ilıcalı azərbaycanlı ifaçı haqqında məlumat verərək onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib. Müsiflər tərəfindən alqışla qaşılanan Pərvin sonda Murad Bozla yarışmada yolunu davam etdirmək istədiyini açıqlayıb.

Yarışda Yıldız Tilbenin Pərvinlə zarafatlaşması diqqət çəkib: “Bizə niyə süd gətirmədin?”, - deyə xanım müğənni azərbaycanlı iştirakçıya sual verib: “Qoyunları çağırarkən hansı mahnını oxuyursan?”. Pərvin müğənniyə mahnı oxumaqla cavab verib.

Murat Boz söhbətə qoşulub və Pərvinin ifasına münasibət bildirib: “Pərvin, mən sənin qoyunlarından biri olsam, özümü ora atardım. Soruşardım ki, sənə nə olub, qardaş? İndi həyacanın keçib, çox rahat formada ifa etdin”.

Sizin Reklam Yeriniz