news Image
2017.10.13
14:23
| A A A
Yıldız Tilbe: "Mən türk axtarıram, bura “O səs İngiltərə” deyil" - FOTO

Yeni mövsümə başlayan "O səs Türkiyə" yarışmasında qalmaqal yaşanıb.

Movqe.az axşam.az-a istinadən bildirir ki, seçimlər zamanı münsif kürsüsündə oturan və yarışmaya bu mövsüm qatılan Yıldız Tilbe ilə Gökhan Özoğuz dava edib.

Yarışmaya balkan mahnısı oxuyan bir qadın qatılıb. Onun ifasını bütün münsiflər bəyənib və dönüb, bircə Tilbe dönməyib. Çıxışın sonunda Yıldız "Sən türksənmiş... Mən səni əcnəbi bildim. Türk olduğunu bilsəydim, dönərdim" deyib. Onun bu sözlərinə əsəbiləşən Gökhandan etiraz gəlib.

Gökhan "Bu yarışmaya əcnəbilər də gəlir. Niyə dönmürsən ki" cavabını verib və irqçiliyi tənqid edib.

Tilbenin "Bu, "O səs Türkiyə" yarışmasıdır, mən türk axtarıram. Bura "O səs İngiltərə" deyil. Elə olsaydı, ingilis axtarardım" cavabı mübahisəni şiddətdləndirib.

 

Ayrıseçkiliyə qarşı çıxan Gökhan səsini daha da yüksəldərək etiraz edib:

"Sən o zaman kürdlərin yarışmasına da etiraz edərsən".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs