Əlaqə Arxiv
news Image
2017.10.20
15:53
| A A A
"Ondan əl çək, daha evlidir"

Türkiyəli aktyor Burak Özçivitin yeni imicdə fotosunu İnstaqram səhifəsində paylaşan rusiyalı model Viktoriya Bonya izləyicilərin “hücumuna məruz qalıb”.
 
Movqe.az axşam.az-a istinadən xəbər verir ki, istifadəçilər Viktoriyanın tez-tez Burakın şəkillərini bəyənməsinə və şərhlər yazmasına etiraz ediblər. Onlar rus modelə “Burakdan əl çək. O daha Fahriye ilə evlidir” şəklində irad bildiriblər. 

Bonya isə iradlara “Bu aktyor haqda hər dəfə nəsə yazanda insanlar niyə bu qədər narahat olur, bilmirəm” cavabını verib. 

Sizin Reklam Yeriniz