Əlaqə Arxiv
news Image
2013.03.07
15:41
| A A A
Keyt Uinslet jurnalın üz qabığında

Məşhur aktrisa Keyt Uinslet "Harper 's Bazaar" jurnalının ingilis versiyasının üz qabığına çəkilib. Movqe.Az-ın məlumatına görə, ötən ilin sonunda gizli bir mərasimlə ingilis milyarder Riçard Bransonun qardaşı oğlu Ned Rokinrolla evlənən 37 yaşlı aktrisa, son dörd ildir həyatının mərkəzində ailəsinin olduğunu açıqlayıb. Biri 12, digəri 9 yaşında olan Mia və Coy adlı iki uşağı olan gözəl aktrisa, "İlk iki evliliyim məni çox yormuşdu. Özümü əzilmiş kimi hiss edirdim. Həyat məni çox üzdü, çox yordu, amma indi yaşadığım bütün pis təcrübələrin əslində bir dərs olduğunu görürəm." deyib. Özünü həmişəkindən daha güclü hiss etdiyini ifadə edən Uinslet, "Mən ayaqlarının üzərində möhkəm dayanan bir qadın, bir anayam. Başıma nə gəlirsə gəlsin yoluma davam edə bilirəm. İndi özümə daha çox güvənirəm" deyə müsahibə verib.

Sizin Reklam Yeriniz