news Image
2013.03.12
14:41
| A A A
Ledi Qaqanın toyu olacaq?

Müğənni Ledi Qaqanın bu yay aktyor sevgilisiylə evlənəcəyi bildirilir. ABŞ-lı müğənni Ledi Qaqa, "Vampire Diaries" serialının aktyoru Teylor Kinni ilə ailə qurmağa hazırlaşır. Movqe.Az-ın məlumatına görə, məşhur müğənninin yaxın dostu DJ Starlight, cütlüyün ciddi bir əlaqə yaşadığını və evlənmək istədiklərini söyləyib. "The Sun" qəzetinə müsahibə verən DJ Starlight, "Bir-birləri üçün yaradılıblar. Bu il evlənməyə hazırlaşırlar. Yay aylarında Teylorun çəkilişləri bitir. Ledi Qaqanın isə konsert və studiya işləri tamamlanır. Yaxın zamanlarda hamının xəbəri olacaq."deyib. Xatırladaq ki, Ledi Qaqa, 2011-ci ildə Teylor Kinnini "You And I" adlı klipində oynaq üçün seçib. Klip çəkilişi zamanı tanış olan cütlük 2 ildir birlikdədir.