Əlaqə Arxiv
news Image
2017.12.12
13:18
| A A A
"Zaman amansızdır, artıq 14 il keçib"

Xəbər verdiyimiz kimi, bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 14 il keçir. Ulu öndərin xatirəsi müxtəlif tədbirlərlə anılır.

Movqe.az-ın məlumatına görə, sənət adamları sosial şəbəkədə Heydər Əliyevin fotosunu paylaşaraq, onu yad ediblər:

Mələkxanım Əyyubova: “Ulu öndər, Allah rəhmət eləsin”.

Firəngiz Mütəllimova: “Azərbaycanın ən dəyərli, qiymətli və əvəzolunmaz sərvəti, ulu öndərimiz! Dünyanın ən güclü insanı. Allah rəhmət eləsin. Nurlar içində yatasan”.

Nazpəri Dostəliyeva: “Qəlbi hər zaman Azərbaycan ilə döyünən gözəl insan, müasir ölkəmizin memarı olan Heydər Əliyevin anım günüdür”.

Məleykə Əsədova: “Qoy eşitsin bütün dünya, sən əbədi prezidentsən. Dədə Heydər, xalqım üçün seçdiyin yol əbədidir. Allah ruhunu şad etsin. Hər zaman qəlblərdə yaşayacaqsan. Sənin üçün çox darıxmışam”.

Faiq Ağayev: “Zaman amansızdır. Artıq 14 il keçib. Dahi, ruhun şad olsun”.

Elvin Abdullayev: “Allah rəhmət eləsin. Siz hər zaman bizim qəlbimizdə yaşayacaqsınız”.

Eyni zamanda əməkdar artistlər Mətanət İsgəndərli, Manana, Ədalət Şükürov, Röya Ayxan, müğənnilər Gülay Zeynallı, Günay İbrahimli, aparıcılar Zaur Kamal, Zaur Baxşəliyev və başqaları Heydər Əliyevin xatirəsini anıblar.

 

 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz