Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ŞKTC-nin mədəniyyət və turizm elçisi Necati Şaşmaz fəxri vəzifəsinə Makedoniyadan başlayıb.
"Kurtlar Vadisi" serialının Makedoniyada olduqca məşhur olduğuna üçün "Polad Ələmdar" rolu ilə bu ölkədə məşhur olan sənətçi Necati Şaşmazın pərəstişkarları özünü görə bilmək üçün ŞKTC-nin stendində izdiham yaradıblar. N.Şaşmazın media qurumuna və Makedoniya mətbuatının xəbərinə görə, Makedoniyada olan rəsmi nümayəndələr çətin anlar yaşayıblar. Nazirlər və N.Şaşmaz, mühafizəçilərin belə, köməkliyi ilə çətinliklə stenddə dura biliblər.
Qeyd edək ki, N.Şaşmazla yanaşı, Turizm, Ekologiya və Mədəniyyət naziri Ünal Üstəl, Makedoniya Dövlət Naziri Hadi Nəzir həmin tədbirdə iştirak ediblər.
Fuad Mədətov
Movqe.Az