news Image
2013.03.14
15:52
| A A A
Necati Şaşmaz elə bir reklama çəkilir ki...
"Kurtlar Vadisi Pusu" serialının baş qəhrəmanı olan Polad Aləmdar rolunu oynayan aktyor Necati Şaşmaz uzun illərdən sonra yenidən reklam sektoruna qatılıb.

O, İstanbuldakı "Şekerleme ve Şekerli Mamulleri Tanıtım Grubu"nun reklam kampaniyasının "sima"sıdır.


Movqe.az AHT-ə istindən bildirir ki, aktyor qrupun Şimali Afrika və Yaxın Şərqdəki reklam kampaniyası üçün çəkilişlərə qatılıb.
Kampaniyanın sloqanı "Şirin yeyək, şirin danışaq!"dır və bu sözləri Necati Şaşmaz deyəcək.

Qrupun baş menecerlərinin dediklərinə görə, Şimali Afrika və Yaxın Şərqdə "Kurtlar Vadisi Pusu" serialının fenomenal populyarlığını nəzərə alsaq, Şaşmazın reklamı türk şirniyyatının bu regionda satış həcmlərini 2 milyard dollardan artıq səviyyəyə çatdıra bilər.

"İstanbul Hububat Bakliyat Yağlı Tohumlar ve Mamulleri İhracatçıları Birliği ile Şekerleme ve Şekerli Mamuller Tanıtım Grubu"nun sədri Zekeriya Metenin dediyinə görə, reklam kampaniyasının təqdimatı çərçivəsində Necati Şaşmaz Liviyada olacaq.

"Liviyada sərgimiz olacaq. Yerli hakimiyyət orqanları Necati Şaşmazın çox populyar olduğunu deyərək, aktyorun sərgidə iştirakının izdiham yaradacığını deyirlər. Bu səbəbdən də Tripoli şəhərində ayrıca mərasim keçirəcəyik", - Mete deyib.