Əlaqə Arxiv
news Image
2018.01.04
12:40
| A A A
Röya Aygün Bəylərdən 50 min istəyir

Müğənni Röya Ayxan həmkarı Aygün Bəylərə qarşı məhkəmə iddiası qaldırıb. 

Bu barədə “Qafqazinfo”ya açıqlamasında R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib. O bildirib ki, 1 həftə öncə Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. Ərizədə A.Bəylərin “ARB” telekanalında Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib. 

Hələ ki iddia icraata götürülməyib. 

Qeyd edək ki, A. Bəylər ARB-də yayımlanan “Səhər-səhər” verilişində R. Ayxanın sənətinin olmadığını bildirib:

"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".

Sizin Reklam Yeriniz