news Image
2013.03.18
11:01
| A A A
Rəqsanə əməliyyat olunacaq

Ərə getməyə hazırlaşan müğənni Rəqsanə İsmayılova toy qabağı özünə əl gəzdirmək fikrinə düşüb. Movqe.az-ın məlumatına görə, gözəlləşmək naminə dəfələrlə üzünə və bədəninin bir neçə nahiyəsinə cərrahi müdaxilələr etdirən müğənni növbəti dəfə bıçaq altına girəcək. 


Müğənni sözügedən əməliyyatını Novruz bayramından sonraya planlaşdırdığını deyir: "Bayramı keçirdikdən sonra, Moskvada azərbaycanlılar qarşısında konsert proqramı ilə çıxış etdikdən sonra Türkiyəyə qayıdıb, əməliyyata orada girəcəm. Bu dəfə özümü türk həkimlərinə həvalə edəcəm. Həkimlər əməliyyatın 8 saat davam edəcəyini deyirlər. "


Plastik əməliyyatlarını sayı 10-u keçən R.İsmayılova bu dəfə harasını əməliyyat etdirəcəyini açıqlamaq istəmədi.